
İran İslam Respublikası silahlı qüvvələr sözçüsü İslam Respublikasını təhdid barəsində bəzi sionist başçıların sözlərini istehza ilə qarşılayıb və deyib: Bizim komandanlar düşmənlərin istənilən hərəkətinə cəld reaksiya vermək ixtiyarına malikdirlər və düşüncə qüdrətini təcavüzkarlardan alacaqlar.
Silahlı qüvvələr baş qərargah rəisinin müavini general Seyid Məsud Cəzayiri deyib: Regionun müqaviməti o həddə siyasi yüksəlişə çatıb ki, imperialist rejimlər qarşısında əyilməyəcəkdir. Məlumatı Səhər telekanalı saytı verib.
“İngiltərə və Fransa, mürtəce ərəb ölkələri, ABŞ və sionistlər Suriya müharibəsində mütləq son məğlubdurlar və bu rejimlər Suriyadakı öz terrorçu hərəkətlərinin peşmanedici mənfi nəticələrini gözləməlidirlər” –deyə Cəzayiri bildirib.
İranın Müdafiə Təbliğatı qərargahının rəisi bildirib: İmperialist rejimlərin və regionun məşum sifətli hökumətlərinin yetişdirdikləri çaşqın qalmış terrorçular tezliklə öz silahlarını ərbablarına doğru yönəldəcəklər. Suriya xalqı və hökumətinin terror aktları qarşısında təslim olmalı olsaydı, bir müddət öncə bu baş verərdi.
Cəzayiri sözlərinin digər hissəsində İslam Respublikasını təhdid barəsində bəzi sionist başçıların sözlərini məzəmmətlə qarşılayıb və deyib: Bizim komandanlar düşmənlərin istənilən hərəkətinə sürətli reaksiya vermək ixtiyarına malikdirlər və düşüncə qüdrətini təcavüzkarlardan alacaqlar.
Silahlı Qüvvələr baş qərargahının sözçüsü sonda Amerika rəsmilərinə üzünü tutaraq deyib: Cənab Obama! Yanlışlığa yol vermə! Bizim də bütün seçimlərimiz masa üzərindədir. Region bataqlığına düşməzdən öncə öz diyarınıza geri qayıdın.

