Xarici medialar “Suriya Azad Ordusu” yaraqlılarının komandanını aparan avtomobilə hücum olunduğunu və onun sağ ayağının kəsildiyini bildiriblər.
“Suriya Azad Ordusu” komandanı Riyaz əl-Əs’əd uzaqdan idarə olunan bombanın hədəfinə tuş gəlib. Suriyanın şərqində baş verən bu əməliyyat zamanı o ayaq nahiyəsindən yaralanıb.
Riyaz əl-Əs’əd hazırda müalicə üçün Türkiyə xəstəxanalarından birində yatır. O Deyr əl-Zura hərəkət etdiyi zaman hücuma tuş gəlib. Onunla birlikdə olanlardan biri bu hadisə nəticəsində ölüb. “Suriya Azad Ordusu” yaraqlılarının müştərək qərargahı bildirib ki, Riyaz əl-Əs’ədin sağ ayağı kəsilib.