Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruzoğlu Qarabağ müharibəsi zamanı onlarla iranlının azərbaycanlıların kənarında döyüşdüyünü və şəhid olduğunu bildirib.
İranın Azərbaycan Respublikasına təcavüz edənlərlə bağlı mövqeyinin həmişə səmimi olduğunu bildirərək, deyib: Biz Qarabağ münaqişəsində bunun şahidi olmuşuq.
Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru deyib: Qarabağ müharibəsində İran vətəndaşları Azərbaycanlıların kənarında olublar. Onlar müharibənin mənasını bilirdilər. İraq ilə müharibədə iştirak edən onlarla iranlı Qarabağ müharibəsində də iştirak edirdi. Onlar arasında bütün iranlı etnoslar o cümlədən farslar, azərilər və kürdlər var idi.
R.Novruzoğlu əlavə edib: Biz araşdırmışıq ki, 1992-ci ilin fevralında Xocalıda baş verən faciə zamanı erməni separatçılarına qarşı döyüşdə azərbaycanlıların kənarında iranlılar da olublar. Onlardan 11 nəfərinin qəbrini biz aşkar etmişik. Onların bəzilərinin qəbirləri Xocalıda, Laçında, Kəlbəcərdə, Qubadlıda və Şuşadadır.
Novruzoğlu iranlı döyüşçülərin dəstə halında Azərbaycana gəldiklərini və Qarabağ müharibəsi zamanı müxtəlif cəbhə bölgələrində vuruşduqlarını deyərək, onların məqsədinin Azərbaycana, müsəlman bir ölkəyə kömək etmək olduğunu bildirib.
Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru İran vətəndaşlarının Qarabağ müharibəsindəki iştirakını İran İslam Respublikasının islamçı siyasətləri çərçivəsində baş tutduğunu deyərək, əlavə edib: İranlılar şəhadət eşqi ilə Qarabağ müharibəsində iştirak edirdilər. Çünki, bilirdilər ki, geri dönüş imkanları sıfıra bərabərdir.
O sonda Azərbaycan medialarının bu barədə bir kəlmə də olsun belə söhbət açmamaqlarından və bununla bağlı araşdırmaların aparılmamasından təəssüfləndiyini bildirib.
Xatırladaq ki, İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı: Şəxsən göstəriş vermişdim ki, Qarabağ məntəqəsinin vəziyyətinə aydınlıq gətirilsin və Azərbaycan Respublikası ordusu münasib hərbi təchizat ilə təchiz edilsin və lazımi hərbi təlimlər keçilsin.
M.Rzayi əlavə edib: Hətta o zaman Azərbaycan Respublikası silahlı qüvvələrinə hərbi təlimlərin keçilməsi üçün lazımi göstərişlər vermişdim.
Sepah-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının iştirak etdiyini deyərək, onlardan bir çoxunun yaralanaraq ölkəyə qayıtması ilə yanaşı bir qrupunun da Qarabağ müharibəsində şəhid olduğunu və Azərbaycanda dəfn olunduqlarını bildirib.
O, daha sonra deyib: Qarabağ müharibəsi zamanı Sepah-ın mövqeyi Azərbaycan Respublikasını səmimi formada müdafiə olub.
Rzayi əlavə edib: Qarabağ İslam ərazisidir və dinc yollarla Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibi sonda deyib: İranın Qarabağ müharibəsi zamanı Azərbaycan xalqına etdiyi xidmətlər görməməzliyə vurulmamalıdır. İki xalq arasında təfriqə məqsədilə edilən iddialar Azərbaycan tərəfindən deyil, iki ölkə xalqının düşmənləri tərəfindən irəli sürülür.
Azərbaycan Respublikasında iki ölkə arasında dostluq münasibətlərinə zərbə vurmaq istəyən qüvvələr iddia edirlər ki, Qarabağ müharibəsi zamanı İran Azərbaycanı himayə etməyib. Anti-İran hökumət və qeyri-hökumət dairələri isə bu iddialar qarşısında sükut edirlər.
Rövşən Novruzoğlu: Qarabağ müharibəsində onlarla iranlı şəhid olub
