AsyaDünyaİranXƏBƏRLƏR

“Royan” tədqiqatçıları bir növ böyrək xəstəliyinin müalicəsində uğur əldə ediblər

İranın “Royan” Tədqiqat Mərkəzinin tədqiqatçıları ana hüceyrələrin xüsusiyyətlərindən istifadə edərək böyrək xəstələrinin müalicəsi üçün bir üsul təqdim ediblər.

“Royan” Tədqiqat Mərkəzinin təhqiqatçılarından Ətiyyə Məxluq bu gün “Polikistik” böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi barəsində deyib: Bu xəstəlik irsi böyrək xəstəliklərinin ən yayılmış növlərindən biridir və təxminən xəstələrin 10%-nin dializ edilməsinə səbəb olur.
“Royan” Tədqiqat Mərkəzinin tədqiqatçısı əlavə edib: “Polikistik” böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin əksəriyyətində hər iki böyrək oxşar şəkildə təzyiqlə üzləşir. Bu arada böyrək peyvəndi son mərhələ müalicədir. Lakin böyrəyini bağışlayanların sayının az olması və bədənin immunitet sisteminə görə, bu müalicə məhduddur və bu problemə qalib gəlmək üçün beyin-sümük ana hüceyrələrinin peyvəndi kimi yeni müalicə strategiyaları zədələnmiş toxumaların bərpası üçün müəyyənləşib.
Ətiyyə Məxluq həmçinin deyib: 10 xəstə üzərində müalicə mərhələləri uğurla sınaqdan keçirilmişdir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı