İranXƏBƏRLƏR

Xatəminin tövsiyəsi ilə Arif kənara çəkildi

Əksər iranlı islahatçı qrupların islahatçıların digər namizədi- Həsən Ruhanini dəstəklədiklərini elan etmələrinin ardınca keçmiş prezident- Seyyid Məhəmməd Xatəminin tövsiyəsi ilə islahatçıların digər namizədi- Məhəmmədrza Arif seçki namizədliyindən geri çəkilib.

Arif bir bəyanatda bildirib: Bazar ertəsi günü axşamçağı, iyunun onunda cənab Seyyid Məhəmməd Xatəmidən bir məktub aldım. O, islahatçıların lideri kimi bu məktubda on birinci prezident seçkiləri səhnəsində iştirakımın davam etməsini məsləhət görmədi.
Arif əlavə edib: Seçki səhnəsinə daxil olduğum gündən dəfələrlə cənab Xatəminin mehvəri ətrafında kollektiv fikrin qəbul olunması mövqeyini vurğuladığıma görə, həmçinin mənim tərəfimdən yayılmış seçki etikası əsasnaməsınə uyğun olaraq, özümü etikaya riayət və öhdəliklərimə əməl etməkdə borclu bilirəm. Buna görə, cənab Xatəminin birbaşa nəzərini və bundan qabaqkı iki prezident seçkiləri təcrübəsini əsas götürərək, seçki rəqabətlərini davam etdirməkdən vaz keçdiyimi elan edirəm.
İran İslam Respublikası prezident seçkilərinə bu keçmiş namizəd əlavə edib: Mən başıuca İran və böyük İran xalqının xeyrinə öz haqqımdan keçməyi əsl islahatçılğın bariz nümunəsi hesab edirəm. Seçkilərdə iştirakın həm haqq, həm də bir vəzifə olduğuna inandığım üçün İranın həmişə başıuca olan xalqından səmimi şəkildə istəyirəm ki, 14 iyun seçkilərində əzəmətli iştirakla İran İslam Respublikasının başıucalığı və həyatı, eləcə də İranın əzəməti və siyasi qəhrəmanlığın yaradılmasını davam etdirsin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu