İran prezidenti Həsən Ruhani, Malayziyalı mütəxəssislərlə görüşməsində gündəmdəki mövzuları qiymətləndirdi.
İran prezidenti Həsən Ruhani, Malayziyalı elitalar və mütəxəssislərə xitab etdiyi görüşdə, İslam dünyasının birlik, dinclik və inkişafa ehtiyac duyduğunu, ayrıca şiddət və mürtəceliyi İslam dünyasının gələcəyini təhdid etdiyini söylədi.
Ruhani, İranın xarici poltikasının qanunlarını açıqlayaraq, “Təkfiri terrorçularla mübarizə, sülhə zəmin hazırlama, humanitar yardım etmək və digər ölkələrin ərazi bütövlüyünə hörmət göstərmə bizim təməl prinsiplərimizi” deyə ifadə etdi.
Bölgədəki böyük problemin terrorizm olduğunu söyləyən Ruhani, “Təkfiri terrorçularla mübarizə edərək, onların qeyri-insani cinayətlər etmələrinə icazə verməməliyik. Bölgəmizdə yaşanan faciəni durdurmalıyız “deyə qeyd etdi.
Yəmən və Suriya xalqına kömək etmək üçün atəşkəsin vacibliyinə toxunan Ruhani, bölgədə yeni xəritələrin çəkilməsinin təhlükəli olacağını, həmçinin özü yeni problemlər gətirəcəyini ifadə etdi.
Ruhani, “Əgər İraq və Suriyaya kömək etməsəydik, indi DAEŞ deyilən terror təşkilatı deyil, böyük terror dövləti qurulacaqdı. Ardından da bölgədə sonsuz döyüş davam edə bilərdi “ifadəsini istifadə etdi.
Hazırda İslam dünyasındakı mütəxəssislər və ziyalıların çiyinlərində ağır məsuliyyət daşıdıqlarını ifadə edən Cumhırbaşkan Ruhani, “Təəssüf ki, müsəlman gənclər bu mühitdə şiddət, mürtəcelik və ya ümidsizliyə yönəlir. Bunlar yeni nəslə təhlükəli olduğu üçün gələcəyimizi də təhdid edə bilər “deyə qiymətləndirdi.
İslam dünyasında ümidsizlik və şiddət yerinə birlik və inkişafın zəruri olduğunu yazan Ruhani, beynəlxalq güclərin qarşısında İslam dünyası və inkişaf etməkdə olan ölkələrin birlik və birliyə ehtiyac duyduğunu vurğuladı.
İran-Malayziya arasındakı əlaqələrə də toxunan Ruhani, iki ölkənin əlaqələrinin səmimi və dostcasına olduğunu ifadə edərək, sanksiyalardan sonrakı dövrdə İran və Malayziya arasında əməkdaşlıq səviyyəsinin artacağını bildirib.
Ruhani, iki ölkə arasında təhsil, bank, turizm və ortaq investisiya istiqamətində əməkdaşlıq ediləcəyini açıqlayaraq, “Qənaətimcə yaxın təmaslar iki ölkənin dövlət və milləti üçün faydalı olacaq” şəklində danışdı.
