AsyaİranXƏBƏRLƏR

İranda Milli Firdovsi gününün mərasimləri elan edilib

İranda Firdovsişünaslıq Elmi Mərkəzinin direktoru və müqəddəs Məşhəd şəhərinin Firdovsi universitetinin müəllimi İranda Milli Firdovsi gününün proqramlarını elan etdi.

Xorasan qəzetinin bu gün şənbə (10 may) sayı ilə müsahibəsi zamanı bu haqda məlumat verən Məhəmmədcəfər Yahəqqi deyib: 2014-cü il may ayının 25-də böyük İran şairi və Şahnamənin müləqqəbi Həkim Əbulqasim Firdovsinin anım günündə bütün İranda o cümlədən Məşhəd şəhərində müxtəlif proqramlar icra ediləcək.

Məhəmmədcəfər Yahəqqi deyib: Gələn çərşənbə günü Məşhəd şəhərinin Firdovsi universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin Firdovsi zalında elmi konfrans keçiriləcək.

Bu universitet müəlliminin bildirdiyinə görə bu konfransın keçirilməsi ilə eyni zamanda Firdovsi universitetinin xarici ölkələrdən olan tələbələri üçün fars dilinin təlimi mərkəzinin açılış mərasimi keçirilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu