İran – Gürcüstan dəmir linkinin birləşməsi region xalqlarının xeyrinədir. Bu fikri İran prezidenti Həsən Ruhani Gürcüstanın Tehrandakı yeni səfirini qəbulu zamanı səsləndirib.
Ruhani çərşənbə axşamı günü Gürcüstanın Tehrandakı yeni səfiri ” İosif Çakaşvili ” etimadnaməsini alarkən deyib : İran Azərbaycan yolu ilə özünün dəmiryolunu Gürcüstana birləşdirmək əzmindədir.
Gürcüstanın mədəni-tarixi keçmişinə və İran xalqının Qafqaz bölgəsinə olan məhəbbətinə işarə edən Ruhani sonra deyib : Qara dəniz limanlarına o cümlədən Batumi limanına bağlanmaq İran üçün böyük əhəmiyyət kəsb edir.
Prezident Ruhani habelə bu görüş çərçivəsində İran – Az.R-nın xüsusi sektoru , iş adamları və universitet heyətləri arasında münasibətlərin asanlaşdırılmasının zəruriliyini də vurğulayıb.
Gürcüstanın yeni səfiri də bəyan edib : Gürcüstan hakimiyyəti ölkədə əsaslı dəyişikliklərin edilməsi haqda düşünür və buna görə də , bu fonda İranla öz münasibətlərini genişləndirmək niyyətindədir.
İran prezidenti eləcədə yeni Zelandiyanın Tehrandakı yeni səfiri ” İmən Uşansı ” –nın də etimadnaməsini alarkən ticarət , mədəniyyət və universitet sahəsində bu ölkə ilə münasibətlərin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Bu görüşdən sevincini qeyd edən İmən Uşansı da qeyd edib : Ölkəsi İranla bütün sahələrdə münasibətlərini genişləndirməyə önəm verir.
Uşansı habelə prezident Ruhaninin Tehranın Altılıq Qrupu ilə nüvə danışıqlarının səmərə verməsinə dair cəhdlərini tərif edərək deyib : ” Biz sizin səylərinizi dəstəkləyirik və atmosferin daha da yaxşılaşmasına ümidvarıq “.