Ruhani: Hazırda dünyanın ümumi fikri İrana çox müsbət baxır(7)

İran İslam Respublikasının yeni prezidenti cənab Həsən Ruhani beynəlxalq ictimaiyyətin onun Tədbir və Ümid hökumətinə ümidi barəsindəki sualı belə cavablandırıb: Əsas siyasət dünya ilə konstruktiv anlaşmadır və mütləq bu seçkilərlə şərait dünya səviyyəsində dəyişmişdir. Dünyanın ümumi fikri İrana çox müsbət baxır və bu hazırkı və yeni atmosfer yeni fürsətə çevriləcək və bu yeni fürsətdə bizim dünya ilə münasibətlərimiz yaxşı olacaqdır.

Həsən Ruhani jurnalistlər və medialarla anlaşma barəsində də deyib: Xalq iştirakı və şövqü ilə ictimaiyyətə ümid verdi. Hər bir orqan və qurum qanuna əsasən fəal olacaq. Bu qurum və orqanlar, o cümlədən “Xaneye mətbuat” (Mətbuat Evi) ictimaiyyətin idarəsi üçün ən yaxşı yoldur.

↑
Mobil sürümden çık