Ruhani: İran dövlətinin diplomatiyası xalqın istəyi və rəhbərliyin tədbirinə söykənir

İran İslam Respublikasının prezidenti on birinci dövlətin diplomatiyasının İran xalqının istəyi və İslam İnqilabının Böyük Rəhbərinin tədbirinə söykəndiyini bildirib.

Prezident Administrasiyasının İnformasiya Mərkəzinin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti- Həsən Ruhani bazar günü axşam Tehranda Nazirlər Kabinetinin iclasında İranın yeni dövlətinin diplomatiyasının İran xalqının istəyi və İslam İnqilabının Böyük Rəhbərinin tədbir və göstərişlərinə söykəndiyini bildirərək, deyib: İran dövləti daim yolun müəyyənləşdirilməsi və rəhbərliyin göstərişlərinin davam etməsinə ehtiyaclıdır.

İran İslam Respublikasının prezidenti bildirib ki, İran xalqının heç bir xalqla, o sıradan Amerika xalqı ilə düşmənçiliyi yoxdur. O, əlavə edib: 5+1 qrupuna üzv ölkələr, xüsusən Amerika yaranmış atmosferdən xoşməramlılıqla istifadə etsinlər və sui-istifadənin ardınca olmasınlar.

İran prezidenti söyləyib: Nigarançılığa bais olmuş və olacaq məsələ, ədavətli siyasətlərdir ki, daim İran xalqı tərəfindən pislənilir.

Ruhani əlavə edib: İranın xalqı və dövləti bütün dünyaya və bütün xalqlara hörmət bəsləyir və onlardan da qarşılıqlı olaraq, hörmət gözləyir və bir kəsin hüququna təcavüz etmədiyi kimi, başqalarının da onun hüquqları qarşısında baş əyməsini gözləyir.

↑
Mobil sürümden çık