İranSuriyaXƏBƏRLƏR

Ruhani: İran İslam Respublikası Suriya haqda neytral olmayacaqdır

İran İslam Respublikası prezidenti deyib: Rəsmi Tehran Suriya məsələsi haqda heç vaxt neytral olmayıb və olmayacaq da.

Həsən Ruhani İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın komandanları və məsul şəxslərinin region və Suriya məsələsi haqda olan 20-ci ümumölkə toplantısındakı çıxışı zamanı region ölkələri və xalqlarının Suriya məsələsi haqda neytral olmayacaqlarını bildirərək, deyib: Qərbin hazırkı səhvi budur ki, İranın regiona hərbi istila üçün fürsət ardına olduğunu təsəvvür edir.

İran İslam Respublikasının regiona hərbi cəhətdən istila tapmaq ardınca olmadığını bildirən Ruhani sonra deyib: Əgər İran İslam Respublikası hazırda regionun üstün qüdrətidirsə, bu , regionda İslam İnqilabı dialoqunun olduqca geniş şəkildə yayılmasına və istilasına görədir.

İran İslam Respublikası prezidenti Sepahın regiondakı sülh və sabitliyin bərqərar edilməsi və qurunması üzrə təsirli roluna da təkid edib.

” Pasdarlar Korpusu-Sepah, regionda müharibə korpusu deyil, sülh və təhlükəsizlik korpusudur” –deyə Ruhani qeyd edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu