İmam Xomeyni(r.ə) Təlim və Tədqiqat Müəssisəsinin rəisi ruhanilik libasının İmam Zaman(əc) sisteminə üzvlüyün simvolu olduğunu bildirərək,deyib: Xalis niyyət və vəzifəyə uyğun rəftar etmək bu libası geyməyin şərtləridir.
Ayətullah Misbah Yəzdi daha sonra deyib: Əgər insan o həzrətə xidmət paltarını geyinmək istərsə, ruhanilik libasını xalis niyyət ilə geyinməlidir.
Ayətullah Misbah Yəzdi əlavə edib: Ruhanilik libası geyinmək istəyənlər ilk öncə İmam Zaman(əc) sisteminə xidmət üçün lazımi hazırlığa malik olmalıdırlar. Bu hazırlığa malik olduqdan sonra da elə rəftar etməlidirlər ki, Allah və İmam Zamanın(əc) razılığını cəlb etmiş olsunlar. Tələbəliyin bütün şərtlərinə əməl etməlidirlər.
Qum dini elmlər hövzəsinin əxlaq müəllimlərindən olan Ayətullah Misbah Yəzdi ruhanilərin hətta maddi ehtiyacları üçün də ilk növbədə Allaha və İmam Zamana(əc) müraciət etməli olduqlarını deyərək, vurğulayıb: Tələbələr Əhl Beytin(ə) yolundan yayınmayacağı barədə üzərinə öhdəlik götürür. Əgər səmimi formada bu niyyətə malik olarsa, onların nəfəs almaları belə ibadət sayılacaq.
