AzərbaycanXƏBƏRLƏR

Ruhulla Axundzadənin səhhəti oğlunun dilindən

Azərbaycan İslam Partiyası Astara rayon komitəsinin məhbus sədri Ruhulla Axundzadənin oğlu deyir ki, atasının səhhəti ağır olaraq qalır.

2011-ci ilin yanvar ayında tutulan Hicab məhbusu Ruhulla Axundzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. Ötən ay o, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə köçürülüb. Ona kəskin miokard infarktı diaqnozu qoyulub.

Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə atasını vəziyəti ilə əlaqədar deyir: “Həkim atamın sağalacağına zəmanət vermir. Həkimin dediyinə görə, ona qəti tərpənmək olmaz. Amma müəssisədəki şərait buna imkan vermir, həbsxanadan heç bir fərqi yoxdur. Bir otaqda 15-20 xəstə yatır. Siqaret çəkirlər, səs-küy yaranır. Atama isə əsəbiləşmək, həyəcanlanmaq olmaz. Danışanda belə əl-ayağı qıc olur. Səhhəti ilə əlaqədar atamın azadlığa çıxmasını istəyirik. Məhkəməyə təqdim etməyə müəssisənin rəyini istəmişik, hələ ala bilməmişik”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu