Qaz ixrac edən ölkələr təşkilatı GECF-in 15-ci xarici işlər nazirləri iclası üzv ölkələrin xarici işlər nazirləri, təşkilatın baş katibi və icra heyəti üzvlərinin iştirakı ilə Tehranda işə başlayıb.
Qaz ixrac edən ölkələr təşkilatı GECF-in 15-ci xarici işlər nazirləri iclasında təşkilatın maliyyə və idarə məsələləri, 2014-cü maliyyə ili üçün büdcə layihəsi, katibliyin 2014-cü il üçün fəaliyyət proqramı və dünya qaz bazarı ilə bağlı hesabatlar araşdırılacaq.
Bu gündən etibarən Tehranda işə başlayan qaz ixrac edən ölkələr təşkilatının 15-ci xarici işlər nazirləri iclasının proqramında duran əsas məsələlərdən biri də təşkilatın yeni baş katibinin seçilməsi olacaq.
İran İslam Respublikası, Əlcəzair, Boliviya, Misir, Gineya, Liviya, Nigeriya, Qatar, Rusiya, Trinidad və Tubaqo, Venesuela, BƏƏ və Oman qaz ixrac edən ölkələr təşkilatı GECF-in üzvüdürlər.
Hollandiya, Qazaxıstan və Norveç isə GECF-in müşahidəçi üzvləri sayılırlar.
İraq da son zamanlar bu təşkilata qoşulub.