Rus qoşunları Azərbaycan sərhədlərində
“Yeni Müsavat” qəzeti Azərbaycan Respublikasının şimal sakinlərinə istinadla Rus qoşunlarının Azərbaycanın Qusar Rayonu ilə sərhəd məntəqədə toplaşmaqda olduqlarını bildirib. Sərhəd kəndlərindən bölgəyə gətirilən rus qoşunları və hərbi texnikaları aydın formada müşahidə etmək mümkündür.
Rus qoşunları və hərbi texnikaları əsasən Dağıstanın Məhərrəmkənd istiqamətində hərəkət edirlər.
Bu məlumata görə, Azərbaycanın bu məntəqədəki hərbi və təhlükəsizlik qüvvələri də gücləndirilmiş iş rejiminə keçiblər.
Hələ ki, Rusiya ordusunun öz qüvvələrini Azərbaycan Respublikası ilə sərhəd məntəqələrə köçürməsinin səbəbləri məlum deyil. Lakin, daxil olan məlumatlar Dağıstanda vəziyyətin gərgin olmasından və təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında davamlı toqquşmaların baş verməsindən xəbər verir.
Yeni Müsavat qəzeti bir müddət öncə Dağıstanda ifratçı qruplaşma üzvlərinə qarşı geniş hərbi əməliyyatların başlayacağı ilə bağlı dərc etdiyi məqaləni xatırladaraq, yazıb: İddia olunur ki, bu əməliyyatlar zamanı ifratçı qruplaşma üzvlərinin və onları təqib edən rus hərbçilərinin Azərbaycan ərazisinə daxil olması ehtimalı mövcuddur. Rusiya hərbi qüvvələrinin məntəqəyə gətirilməsinin ifratçı yaraqlılar ilə mübarizə üçün olması ehtimalı istisna edilmir. Amma, belə nəzərə gəlir ki, ifratçı qruplaşma üzvlərinin Azərbaycan ərazisinə daxil olmalarına bilərəkdən şərait yaradılsın və daha sonra Rusiya ordusu onları təqib etmək bəhanəsi ilə Azərbaycan ərazisinə daxil olsun. Xüsusilə unutmaq olmaz ki, Azərbaycanda etnik ixtilafların törədilməsi ardınca olanlar az deyil.
Yeni Müsavatın yazdığına görə, Rusiya qoşunlarının Azərbaycan ilə sərhəd məntəqəyə gətirilməsi və bunun ardınca Rusiyada “Milyonçular İttifaqının” yaradılması Bakının və iqtidarın ciddi narahatlığına səbəb olub. Bakı rəsmiləri bu məsələdən nigarandırlar ki, bu ittifaqın yaradılması Moskvanın Bakıya qarşı fitnəsi olsun.
Eyni zamanda Milyonerlər İttifaqının əslən avar olan üzvü Ramazan Əbdüllətifovun Putin tərəfindən Dağıstana prezident göndərilməsi Bakının nigaranlığını daha da artırıb. Belə bir şəraitdə Rusiya qoşunlarının Azərbaycan sərhədlərinə göndərilməsi bu nigaranlıqları daha da əsaslandırır.