İrandan ömrə həccinə gedənlərin ilk qrupu Ərəbistana səfər edib.
Müxbirimizin məlumatına görə, son 30 ildə bu ilk dəfədir ki, iranlı zəvvarlar səfər ayında Mədinəyə gedib Həzrət Məhəmməd (s) hərəmini ziyarət edəcəklər.
İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ohədi ömrə həccinə gedən ilk qrupu yola salmaq mərasimində bildirib: Bu il Ərəbistanın Həcc Nazirliyi ilə bərabər görünən tədbirlərlə 850 min nəfər ömrə həccinə gedəcəklər.
Ötən illə müqayisədə bu rəqəm 70 faiz artmışdır.
