Rusiya İranın Cenevrə-2 konfransına dəvətin geri götürülməsinə kəskin etiraz edib

Rusiya xarici işlər naziri Cenevrə-2 konfransında iştirak üçün İrandan dəvətnamənin geri alınmasını tənqid edərək deyib: İranın bu konfransda olmaması yanlışlıqdır.

Cenevrə-2 adlanan Suriya böhranının həlli üçün İsveçrənin Montre şəhərində beynəlxalq konfransın keçiriləcəyi bir ərəfədə Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib: BMT baş katibinin İranı Cenevrə-2 konfransında iştirak üçün dəvətindən sonra Vaşinqtonun mənfi reaksiyası çox təəccübləndiricidir. Çünki ABŞ dövlət katibi birbaşa və dolayısı ilə İranın bu konfransda iştirakının əhəmiyyətini etiraf etmişdi.

Lavrov bildirib: İşin səmərəli olması üçün regionun bütün ölkələri dəvət olunublar. Lakin dəvətnaməni İrandan geri aldılar. Bu da Suriyamüxaliflərinin milli koalisiyasının reaksiyası və ultimatumunun nəticəsi idi. Bu isə qəbul olunmaz pis hərəkətdir.

↑
Mobil sürümden çık