AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriya ordusunun terrorçulara qarşı əməliyyatı davam edir

Suriyanın müxtəlif məntəqələrində bu ölkə ordusunun terrorçulara qarşı əməliyyatı davam edir.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə Suriya ordusunun hərbi bölmələri bu gün cümə (7 mart) terrorçuların Yabrud , Şəba əkin sahələri və Deyr Səlmana olan hücumlarını nakam qoyaraq terrorçuları məhv ediblər.
Suriya ordusunun qüvvələri həmçinin özlərinin Yabrud məntəqəsində qarşı əməliyyatlarının davamında Falita şəhərciyinə doğru irəliləyiblər.
Suriyanın cənubunda yerləşən Dəra məntəqəsində də bu ölkənin dövlət qüvvələri terrorçuların mövqelərinə hücum edərək Əl-Şeyx Meskin şəhərində terrorçularla toqquşublar.
Qərbi Dəra məntəqəsində Ərəbistan, Qətər və İordaniya vətəndaşı olan 4 terrorçu da Suriya ordusunun qüvvələri ilə toqquşmada öldürülüb.
Suriyanın şərqində yerləşən Deyr Əl-zurda da ordu qüvvələri Deyr Əl-zurun beynəlxalq hava limanı yaxınlığında yerləşən Həvicə Əl-Məriiyyə strateji kəndini ələ keçirərək Suriya və İraq sərhəd məntəqələri yaxınlığında silahlı qrupların gediş-gəlişlərinin qarşısını alıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu