Rusiya Müftilər Şurasının rəhbəri Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkili üçün fələstinlilərin səylərinin dəstəklənməsini vurğulayıb.
Rusiya əl-Youm xəbər telekanalının məlumatına görə, Rusiya Müftilər Şurasının rəhbəri Şeyx Ravi Eynəddin cümə günü Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbasla Moskvadakı görüşdə müstəqil Fələstin ölkəsinin təşkil olunmasının himayə olunmasını vurğulayıb.
Eynəddin Mahmud Abbası Fələstinin BMT-də müşahidəçi ölkə olaraq qəbul olunmasını münasibəti ilə təbrik edib və xatırladıb ki, Rusiya bu barədə Fələstin xalqının lehinə səs verdi.
Rusiya Müftilər Şurasının sədri əlavə edib: Biz Rusiya müsəlmanları Allah-taaladan istəyirik ki, Fələstində sülh və stabilliyi bərqərar etsin.
Mahmud Abbas da Rusiya müsəlmanlarından Fələstində sülh və stabilliyin bərqərar olunması üçün dua etmələrini istəyib.
