DünyaXƏBƏRLƏR

Rusiya müsəlmanları ölkə telekanallarında pay istəyirlər

Rusiya Federasiyası müsəlmanları bu ölkə telekanallarında layiqli paya malik olmalarını istəyirlər.

 

Rusiyanın İzvestiya qəzeti bildirib: Rusiyanın yeni İctimai Televiziyası bu il may ayının 15-dən fəaliyyətə başlayacaq.

 

Bu qəzet Sergey Podosinovun qələmə aldığı məqaləni dərc edib: Hal-hazırda Rusiya telekanallarında müsəlmanların iştirakı yoxdur və bu ölkənin müsəlman ictimaiyyətlərinin prosesləri layiqli şəkildə əks etdirilmir.

Rusiya Müftilər Şurası bu ölkədə ən ali islam qurumu olaraq Rusiya İctimai Televiziyanın rəhbəri Anatoli Lisenkodan istəyib ki, Rusiya müsəlmanlarının 20 milyondan çox olduğunu nəzərə alaraq bu telekanalın proqramının ən azı 15%-i islam ictimaiyyətinə ayırsın.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu