Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komissiyasının sədri Aleksi Yuşkov Amerikanın Suriyaya hücum edəcəyi təqdirdə Nobel Sülh Mükafatının Obamadan geri alınmasını təklif edib.
Yuşkov cümə günü öz Tvitter səhifəsində yazıb: Əgər Amerika BMT TŞ-nin icazəsi olmadan Suriyaya hücum edərsə, dünya ictimaiyyəti Nobel Mükafatı Komitəsindən sülh mükafatına layiq olacaq heç bir addım atmadığına görə, Obamaya verdiyi sülh mükafatını geri almasını tələb etməlidir.