Rusiya Suriyada atəşkəsin bərqərar edilməsini müsbət qarşıladı

Rusiya, Suriyada dövlət qüvvələri ilə üsyançı qüvvələr arasında məhdud formada atəşkəsin bərqərar edilməsini müsbət qarşıladı.

Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Aleksander Lokaşviç şənbə günü (28 dekabr) bir bəyanat yayaraq Suriyanın bəzi məntəqələrində dövlət qüvvələri ilə üsyançılar arasında məhdud formada atəşkəsin bərqərar edilməsini müsbət qarşıladı.
Lukaşviç deyib: Suriyanın müxtəlif məntəqələrində silahlı hərəkətlərin dayandırılması siyasəti davam etməlidir və bu məsələ Cenevrə-2 konfransının keçirilməsi zamanının yaxınlaşmasına görə xüsusi əhəmiyyətə malikdir.

↑
Mobil sürümden çık