AsyaSuriyaXƏBƏRLƏR

Rusiya “Suriyanın dostları” iclasının yekun bəyanatını tənqid atəşinə tutdu

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, “Suriyanın dostları” iclasının yekun bəyanatı onların “Cenevrə-2” konfransında iştirakda məqsədlərinin Suriya quruluşunun dəyişdirilməsi olduğunu nümayiş etdirdi.
Suriya hökumətinin silahlı müxaliflərinin əsas hamiləri sayılan 11 ölkə “London-11” adlı iclasda iştirak edərək bir daha Suriya hökumətinin kənara çəkilməsini istəyib.
İngiltərə, Misir, Fransa, Almaniya, İtaliya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ bu iclasın sonunda verdikləri bəyanatda Suriya hökumətinə qarşı təkrar iddiaları irəli sürərək bildiriblər ki, Suriya prezidenti və onun yaxınları Suriyanın gələcəyində heç bir rola malik olmamalıdırlar.
Ötən gün ABŞ dövlət katibi Con Kerri və İngiltərə xarici işlər naziri Uilyam Heyq də Suriya xalqının səs hüququnu nəzərə almadan və bu ölkədə məhdudiyyətsiz seçkilərin keçirilməsinin zəruriliyini önə çəkərək bildiriblər ki, Bəşşar Əsədin gələn seçkilərdə namizəd olmaq haqqı yoxdur.
Rusiya Xarici İşlər Nazirliyi öz bəyanatının davamında bildirib ki, “Suriyanın dostları” iclasının bəyanatı BMT-nin Suriya məsələləri üzrə xüsusi elçisi Əxzər İbrahiminin səlahiyyətinə təzyiq göstərmək məqsədini daşıyır.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu