Rusiyanın BMT-dəki nümayəndəsi bu təşkilatın Təhlükəsizlik Şurasından istəyib ki, Ukraynada qüdrət dəyişikliyi ilə nəticələnmiş bütün hadisələri araşdırsın.
Rusiya televiziyasındakı bir xəbər proqramında danışan Vitaliy Çurkin həmçinin Ukraynada snayperlərin silahlı əməliyyatı haqda təhqiqatın aparılması vacibliyini vurğulayıb.
O, əlavə edib: Ukrayna böhranı zamanı bir çox hadisələr baş verib, o cümlədən dövlətlə müxalif olan snayperlər öncədən təyin olunmuş hədəfləri və qanun icraçılarını öz atəşlərinin hədəflərinə alıblar.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Ketrin Eştonla Estoniyanın xarici işlər naziri- Urmas Paetin telefon söhbəti ondan xəbər verir ki, Kiyev etirazları zamanı etirazçıları və polis qüvvələrini hədəfə almış snayperlər etirazçıların rəhbərləri tərəfindən muzdurluğa götürülübmüşlər. Bu telefon söhbətində iki tərəf snayperlərin Ukraynanın kənarlaşdırılmış prezidenti tərəfindən muzdurluğa götürülməsi barədə tərəddüd edərək, bu sahədə daha artıq təhqiqatın aparılmasını istəyib.
Belə bir halda, Krım yarımadasındakı dəyişikliklər yeni mərhələyə daxil olub. O cümlədən bazar günü gecədən Krım yarımadasında Ukrayna telekanallarının analoq surətdə yayımı kəsilib və bəzi boş tezliklərdən Rusiya kanalları yayımlanır.
Yerli addımlar istiqamətində də Ukrayna rəsmilərinin dediklərinə görə, Rusiyanın tərəfdarı olan qüvvələr Krımda bir hərbi hava limanının nəzarətini öz əllərinə alıblar. Krım yarımadasındakı bir müdafiə sözçüsü deyib: Vahid hərbi geyimə malik olan Rusiyaya tərəfdar silahlı qüvvələr Krımda digər bir hərbi hava limanının nəzarətini əllərinə alıblar. Rus qüvvələr Viktor Yanukoviç hökumətinin fevralın 21-də süqut etməsindən sonra da Belbek hərbi hava limanı və Simferopol əsas mülki aeroportu daxil olmaqla Krımın strateji nöqtələrini öz nəzarətləri altına almışdılar.
Belə bir halda, Krım Muxtar Respublikası parlamentinin martın 16-da referendum keçirmək üzrə qərarı qərb ölkələrinin reaksiyaları ilə üzləşib və onlar bunu qanunsuz biliblər. Amma Rusiyanın prezidenti- Vladimir Putin Krımın ehtimal üzrə Rusiya ərazisinə qatılması barədə referendumun keçirilməsi haqdakı qərarı dəstəkləyibdir.
Digər tərəfdən, Amerika prezidentinin milli təhlükəsizlik müşavirinin müavini bazar günü bildirib ki, əgər Krım sakinləri gələn həftə keçiriləcək referendumda bu məntəqənin Rusiyaya qatılmasının lehinə səs verərlərsə, Vaşinqton bu qatılmanı rəsmən tanımayacaqdır.