Rusiya, Ukrayna sərhədindəki Millerowo hərbi hava bazasına minlərlə əsgər yığmış vəziyyətdə. NATO-nun Belçikadakı mərkəz qərargahında dünən General Nico Tak’ın mətbuata göstərdiyi, 21 avqust tarixli peyk şəkillərindən birində, Millerowo hərbi hava meydanında böyük bir canlılıq yaşandığı görülür. Tak, Rusların təsirli və böyük bir hücum birliyini bölgədə konuşlandırdıklarını söylədi.
General Tak son iki həftədə Ukraynaya Rus birliklərinin müdaxiləsinə əhəmiyyətli bir artım görüldüyünü bildirdi. Tak’ın mediaya təqdim etdiyi peyk şəkillərində Rus tərəfindəki bir düşərgədə və Rus tərəfdarı separatçıların olduğu bölgədə tank birlikləri və zenit silahların düzüldüyü görülür. Tak, Rus silahlarının yüksək texnoloji təchizatlı olduqlarını və Rusiyanın Ukraynada əməliyyat etməyə hazırlandığını ifadə etdi.
NATO Generalı Tak, şərhində, kəşfiyyat məlumatlarını da qaynaq göstərərək, bölgəyə gələn Rus əsgər sayının mindən çox daha çox olduğunu qeyd etdi. Rusiya, Ukrayna Ordusu tərəfindən əsir alınan rus əsgərləri əlaqədar etdiyi şərhdə, bu əsgərlərin Ukraynada yollarını itirdiklərini bildirmişdi.
NATO, Rusiyanın bu cür şərhlərinin gerçək planlarını gizlətmək üçün istifadə etdiyi bir maska olduğunu bildirdi. General Tak, Rus Ordusunun Ukraynadaki separatçı qüvvələrə, çox sayda müasir silah, zenit, tank və zirehli vasitələr gətirdiyini söylədi. Hollandiyalı General, bu silahların gətirilməsi və Rus birliklərinin bölgədə konuşlandırılmasının, bölgədəki vəziyyəti gedərək daha çox narahatlıq verici bir hala çevirdiyini ifadə etdi.