Misirin xarici işlər naziri rusiyalı həmkarı ilə mətbuat konfransı keçirib.
Misirin xarici işlər naziri Nəbil Fəhmi Rusiya xarici işlər naziri və müdafiə nazirinin belə bir həssas vəziyyətdə Misirə səfər etmələrinə işarə edərək deyib : Rusiya nümayəndə heyətinin Qahirəyə səfəri iki ölkə münasibətlərindən savayı bu səfərin nə həddə qədər əhəmiyyətli olmasını göstərir.
Fəhmi əlavə olaraq deyib : Misir Rusiya ilə müxtəlif sahələrdə səmərəli əməkdaşlığını genişləndirməklə maraqlanır , çünki beynəlxalq arenada , Rusiyanın yeri böyükdür.
Fəhmi mətbuat konfransının digər bir hissəsində iki ölkənin müxtəlif sahələrdəki qədim münasibətlərinə toxunaraq deyib : Sergey Lavrov və onu müşayiət edən heyətlə bugünkü görüşdə bir sıra vacib məsələlər o cümlədən , məntəqə və beynəlxalq məsələlər habelə iki tərəfi maraqlandıran məsələlər o cümlədən , Suriya məsələsi və Cenevrə -2 konfransının təşkili haqda edilən səylər həmçinin dırnaqarası Yaxın Şərq sülh prosesi mübahisə edildi.
Fəhmi əlavə olaraq deyib : Bu görüşdə eləcədə Fələstin məsələsinin həlli Afrikanın vəziyyəti , region və dünya məsələlərini ilə əlaqədar məsələlər o cümlədən , Yaxın Şərq hövzəsindən kütləvi qırğın silahlarının yığışdırılması kimi məsələlər müzakirə edildi.
Rusiyanın xarici işlər naziri Sergey Lavorv da bu mətbuat konfransında , Misir rəsmiləri ilə bugünkü görüşü iki ölkənin qarşılıqlı münasibətlərinin tarixində dönüş nöqtəsi sayıb və deyib : Rusiya xarici işlər naziri və müdafiə nazirinin eyni zamanda Misirə olan səfəri Moskvanın Qahirə ilə öz münasibətlərini genişləndirməyə xeyli önəm verməsini göstərir.