
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü amerikalı həmkarının Suriyadakı silahlı qruplaşmaları birtərəfli qaydada himayə haqdakı sözlərinə işarə edərək, Vaşinqtonun Suriya ilə bağlı Cenevrə anlaşmasına sadiq qalmamasını qınayıb.
Aleksandr Lukaşeviç deyib: ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Suriya ilə bağlı Cenevrə anlaşmasını öz istədiyi formada təfsir etməyə çalışıb.
A.Lukaşeviç əlavə edib: Bu ABŞ rəsmisinin Suriya hökuməti ilə müxalif olan silahlı qruplaşmaları himayə etməsi, Cenevrə anlaşmasını birtərəfli qaydada təfsir etmək deməkdir ki, bu da Suriyada böhranın həll edilməsi prosesini çətinləşdirir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Cenevrə anlaşmasına görə Suriya böhranı yalnız bu ölkə hökuməti ilə müxalifləri arasında danışıqlar yolu ilə həll edilməlidir və bunu başqa heç cür yozmaq mümkün deyil.