DünyaXƏBƏRLƏR

Sionist rejim hərbçiləri iki fələstinlini şəhid ediblər

Sionist rejim hərbçilərinin açdığı atəş nəticəsində 2 fələstinli şəhid olub.

Sionist rejim polisi cümə günü bildirib ki, bu iki fələstinli İordan çayının qərb sahilində İsrail hərbçilərinin atəş açmaları nəticəsində həlak olublar.
Cümə axşamı günü Nablosda yerləşən Zətərə yoxlama buraxılış məntəqəsində Fələstin Universitetinin müəllimi Bəşir Saminin şəhid edilməsinin ardınca, əl-Xəlildə Ənəs Fuad Ətrəş adlı 23 yaşlı bir gənc də sionist rejim hərbçiləri tərəfindən şəhid edilib.
İsrail hərbçiləri həmçinin, Qüdsün fələstinlilər yaşayan məntəqələrinə hücum edərək, təqribən 30 fələstinlini həbs ediblər.
Digər tərəfdən, sionist rejim hərbçiləri bu gün səhər Ramallahın yaxınlığında yerləşən Bitunya məntəqəsinə yürüş ediblər.
Sionist hərbçilər ötən həftə də Qəzzə zolağına və İordan çayının qərb sahilinə olan hücumları zamanı 5 fələstinlini şəhid, onlarla nəfəri də həbs etmişdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu