Moskvada məlumatlı bir mənbə bildirib ki, dünən səhər naməlum şəxslər tərəfindən Rusiyaya məxsus bir sərnişin təyyarəsinə doğru 2 ədəd “yer-hava” tipli raket buraxılıb. Suriya səmasında uçmaqda olan bu təyyarədə təqribən 200 sərnişin olub.
Frans-Press-in məlumatına görə, məlumatlı mənbə bu haqda Suriya rəsmilərinin Rusiya tərəfini məlumatlandırdıqlarını bildirib. Raketlər təyyarənin yaxınlığında partlayıblar.
Bu məlumata görə, təyyarənin ekipajı təhlükədən vaxtında xəbərdar olaraq, təyyarənin hərəkət istiqamətini dəyişməklə faciədən qurtarmağı bacarıb.
Məlumatlı mənbə sərnişin təyyarəsinin bilərəkdən hədəfə alındığı və hücumçuların bu təyyarənin Rusiyaya aid olduğunu bildikləri haqda hələ ki, dəqiq məlumatın olmadığını bildirib.
Bu sərnişin təyyarəsi Misirdən geri dönərkən hücuma məruz qalıb.
Rusiya Suriya prezidenti- Bəşşar Əsədin himayədarlarından biri olaraq, Suriyaya qarşı istənilən hərbi müdaxilə ilə müxalifdir.