Ruslar SSRİ-dən sonra ən böyük hərbi təlimləri keçiriblər

Rusiya SSRİ-nin süqutundan sonra özünün ən böyük hərbi təlimlərini keçirib.

1600 hərbi qüvvə, 130 hərbi təyyarə və 70 hərbi gəmi şənbə günü hərbi təlimlərdə iştirak edib.

Əsgərlərin geniş formada yerini dəyişmələri, nəqliyyat, təhlükəsizlik və texniki dəstək hərbi təlimlərin mehvəri elan olunub. Rusiya prezidenti Vladimir Putin cümə günü müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bu hərbi təlimlərin keçirilməsini istəmişdi.

Rusiyanın hərbi məqsədlər üçün xərclədiyi vəsait nigaranlığa səbəb olub.

Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin o dövrkü prezidentlə inflyasiya yaradan hərbi büdcə üzərində mübahisədən sonra tutduğu vəzifədən istefa etdi.

Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Vladimir Komoyedovun sözlərinə görə bu ölkənin hərbi müdafiə büdcəsi 2014-cü ildə 81 milyard dollar və 2015-ci ildə isə 100 milyard dollardan yuxarı olacaqdır.

↑
Mobil sürümden çık