AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriya BMT TŞ-dən Türkiyənin qanuni təqibini istəyib

Dəməşq rəsmi surətdə BMT-nin Təhlükəsizlik Şurasından istəyibdir ki, Türkiyə daxil olmaqla Suriyadakı yarımhərbçiləri dəstəkləyən bütün ölkələri qanuni şəkildə təqib etsin.

Suriyanın BMT-dəki nümayəndəsi- Bəşşar Əl-Cəfəri bazar ertəsi günü- dekabrın otuzunda yayılan BMT-nin baş katibinə ünvanlanmış bir məktubda yazıb: Yaırmhərbçilərə kömək Təhlükəsizlik Şurasının qətnamləri kimi bu təşkilatın tabeliyində olan bütün orqanların qətnamlərinin aşkar surətdə pozulması deməkdir.
O, deyib: Türkiyə başçıları mütəşəkkil surətdə Suriyadakı terrorçulara silah verirlər.
Bəşşar Əl-Cəfəri əlavə edib: Onlar hər gün Suriya xalqına qarşı terror hücumları həyata keçirib, dövlət binalarını və bu ölkənin digər infrastruktur imkanlarını dağıdan qrupları himayə edirlər.
O, sonra xatırladıb ki, terrorçular xəstəxanalar, məktəblər, müsəlman və xristianların ziyarətgahları, diplomatlar və hətta uşaqlara qarşı hücumlarını dayandırmırlar.
Bəşşar Əl-Cəfərinin məktubunda deyilir: Bu şəxslər Türkiyə rəsmilərinin onların Suriyaya girmələrinə kömək etmələrindən sonra iki ölkə sərhədində lazımi təlimlər alırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu