Tanınmış dramaturq Rüstəm İbrahimbəyov Rusiya mətbuatına müsahibəsinə aydınlıq gətirib. İbrahimbəyovun qənaətincə 20 il düşmənçilik siyasəti yox Azərbaycan və Ermənistan vətəndaşları arasında geniş əlaqələr Qarabağ probleminin həllinə komək edə bilər.
Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı Rüstəm İbrahimbəyovun məktubunda deyilir: Hər bir azərbaycanlının borcu işğal olunmuş torpaqların qaytarılması üçün əlindən gələni etməkdir; Hesab edirəm ki, torpaqların azad edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin fəaliyyəti kifayət qədər effektiv deyil, onun həyata keçirdiyi daxili siyasət isə bu problemin həlinə xidmət etmir; odur ki, vətəndaş diplomatiyası, yəni, Azərbaycan və Ermənistan vətəndaşları arasında geniş əlaqələr Qarabağ probleminin daha effektiv həllinə nail olmaqdan ötrü iki xalqın səylərini birləşdirərdi, nəinki 20 il ərzində heç bir nəticə verməyən düşmənçilik siyasəti-deyə İbrahimbəyov qey edib.
Dramaturq Rüstəm İbrahimbəyov Contact.az üçün Yazdığı məktubun davamında qeyd edir: Ümid edirəm ki, Azərbaycan Respublikasında gələcək demokratik islahatlar işğal edilmiş torpaqların azad olunmasına xidmət edəcək. Hansı millətdən olursa olsun, Qarabağ sakinləri de-yure Azərbaycan vətəndaşlarıdır. Beynəlxalq birlik əmin olmalıdır ki, onların təhlükəsizliyi və bərabər hüquqları təmin olunacaq. Belə sadə şeyləri anlamaq üçün böyük siyasətçi olmaq lazım deyil.