Rüstəm İbrahimbəyovun AXCP və Müsavat Partiyasının tərəfindən də dəstəklənəcəyi vurğulanıb.

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun AXCP və Müsavat Partiyasının tərəfindən də dəstəklənəcəyi bu gün Milli Şura üzvləri ilə gənclərin görüşündə vurğulanıb.

İyulun 20-də Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında görüşə qatılan hüquq müdafiəçisi Vidadi İsgəndərli Milli Şura üzvlərinə sual “İndi elə bir ortam yaradıblar ki, guya Azərbaycan xalqının tək ümid yeri Rüstəm İbrahimbəyovdur. Nəyə görə Azərbaycanda müxalif mövqedə olan iki böyük partiya qeyri-dəqiq fikirlərə dəstək verir?” sualını verib.
Cavabda AXCP sədri Əli Kərimli bildirib: “Üç aylıq seçki kampaniyası dövründə özümüzü neqativlərə kökləməməliyik. Rüstəm bəy hələ elə bir mövqe ortaya qoymayıb ki, biz ona güvənməyək”.
İsa Qəmbər isə qeyd edib ki, Müsavatın mövqeyincə, vahid namizədin Müsavat və AXCP-dən olması o qədər vacib deyildi. Bu, Rüstəm bəy kimi ziyalılar da ola bilərdi. Əsas namizədi isə keçid dövründən sonra xalq müəyyən edəcək.”

↑
Mobil sürümden çık