AsyaAvropaDünyaİranXƏBƏRLƏR

Ryabkov: 10 ildir ki, Cenevrə anlaşmasının intizarında idik

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov cümə axşamı günü İran və 5+1 Qrupu arasında əldə olunan anlaşmanı qiymətləndirib və deyib: Bu anlaşma beynəlxalq mövzuların diplomatik yolla həll edilməsi üçün bir ülgü olacaq.

İran və 5+1 Qrupu ötən ay İsveçrənin paytaxtı Cenevrədə anlaşmaya nail olublar. Bu anlaşmanın icrası üçün 6 ay nəzərdə tutulub. Anlaşmaya əsasən İran nüvə fəaliyyətlərini 6 ay müddətinə məhdud formada həyata keçirməlidir. Bunun müqabilində isə bəzi sanksiyaların azaldılması tərəflərə hərtərəfli anlaşmaya nail olmaq fürsəti vermiş olacaq.

Ryabkov nüvə müzakirələrinin səviyyəsinin xarici işlər nazirləri səviyyəsinə qaldırılmasından öncə Rusiyanın müzakirə heyətinə başçılıq edən şəxs kimi Cenevrə anlaşması barədə deyib: Cenevrə anlaşmasının müsbət təsirləri zaman keçdikcə İran iqtisadiyyatı və ictimaiyyətinin vəziyyətində müşahidə olunacaq.
Rusiya xarici işlər nazirinin müavini Cenevrə anlaşmasını Moskvanın 10 ildir ki, intizarında olduğu bir anlaşma adlandıraraq, belə bir anlaşmanın əldə olunmasından razılıq edib.
ABŞ-ın Xəzinədarlıq Nazirliyi son zamanlar İranın daha bir neçə şirkətinin adını sanksiyalar siyahısına daxil edib. İran və Rusiya bu məsələyə etiraz edərək, bunu Cenevrə anlaşmasının ruhuna zidd hərəkət kimi qiymətləndiriblər.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı