İranın xarici işlər naziri İran İslam Respublikasını Yaxın Şərqin ən qüdrətli ölkəsi adlandırıb.
Əli Əkbər Salehi bazar ertəsi günü müsahibədə İranı Yaxın Şərqin ən qüdrətli ölkəsi adlandırıb və deyib: İran İslam İnqilabı bəşər tarixində baş verən önəmli hadisələrdən biridir.
“İslam İnqilabının davamlılığı ümumi fikirdə qalacaqdır. Necə ki, ərəb ölkələrindəki qiyamlar İranın İslam İnqilabının təsirlərindən biridir” –deyə Salehi bildirib.
“Siyasi və İqtisadi Qəhrəmanlığı” bir-birinin təkmilləşdiricisi adlandıran İran xarici işlər naziri əlavə edib: Cari il beynəlxalq və daxili baxımdan siyasi münasibətlərin gücləndirilməsi ilidir. Beynəlxalq münasibətlər və xarici və daxili siyasət düzgün tənzimlənməzsə, iqtisadi məsələlər də mənfi təsir alacaq.
