DünyaXƏBƏRLƏR

Sədr cərəyanının rəhbəri Əl-Qaidə başçısına xəbərdarlıq edib

Sədr cərəyanının rəhbəri Əl-Qaidə başçısına onun bu qrup ünsürünün Suriya və İraqdakı cinayətləri barədə xəbərdarlıq edərək, ondan istəyib, Suriyanı azad buraxsın ki, ələvilər və sünnilər üçün bir ölkə kimi qalsın və terrorçular və Əl-Qaidə ölkəsinə çevrilməsin.

Əl-Aləm telekanalının məlumatına görə, Muqtəda Sədr İmən Əl-Zəvahirinin son sözləri və onun İraqda və dünyanın digər ölkələrində terrorizm və ifratçılığı himayə etməsinin davam etməsi barədəki sualın cavabında Əl-Qaidənin cinayətlərini pisləyib və deyib: Bu qrup hazırda müsəlmanları qırğın etməkdədir. O, əlavə edib: Suriya ələvi və sünni bir ölkə kimi qalacaq və terrorizm, ifratçılıq və Əl-Qaidəyə bu ölkədə yer yoxdur.
Müqtəda Sədr Əl-Qaidəni vəhşi adlandıraraq, bu qrupun ünsürlərindən istəyib Suriyanı tərk etsinlər ki, bu ölkə xalqı sülh və asayişdə yaşasın.
Sədr cərəyanının lideri sünni əhli ilə şiələr arasında fitnəkarlıqdan əl çəkmək, Əhli-Beyt(ə) davamçıları və vurğunlarının qanlarını tökməkdən çəkinmək üçün Əl-Zəvaheriyə xahişlə edərək, təhdid edibdir ki, bu hərəkətlərə dağıdıcı cavab verə bilər.
Müqtəda Sədr İraqdakı son terror hadisələrinə işarə edərək, əlavə edib: Ölkənin mərkəzi və cənub vilayətlərində bir neçə partlayışın baş verməsi sizin(Əl-Qaidənin) tərəfinizdən bir müraciət idi ki, onu aldıq və ən yaxın zamanda ilahi, səmavi, məhəmmədi, ələvi və fatimi cavabı veriləcək ki, əziz ölkəmizdə sünni əhli və şiələrin qanlarının tökülməsinin qarşısını almaq mümkün olsun.
Dünən Vasit, Bağdad, Ziqar, Bəsrə və Nəcəf vilayətlərində baş verən terror partlayışlarında onlarla nəfər həlak olub və ya yaralanıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu