“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Amerikadakı diplomatik mənbələrə istinadən bildirib ki, Azərbaycan Respublikasnın müdafiə naziri Səfər Əbiyevin ABŞ-a çağırılmasının əsas səbəblərindən biri Azərbaycanda seçki ərəfəsində ölkədə yarana biləcək siyasi gərginliklərdə ordunun neytral qalmasına təkid etmək olub.
“Doktrina” Mərkəzi məlumat verib Azərbaycan müdafiə nazirinin son 10 il ərzində ABŞ-a ilk səfərində bu məsələlər müzakirə masasında olub :
1) ABŞ – Azərbaycan hərbi əməkdaşlığının durumu 2) Azərbaycan Silahlı Qüvvələrində dəyişikliklər, hərbi-texniki və kadr təminatı, xüsusilə də Rusiya ilə son hərbi-texniki əməkdaşlığın yaratdığı narahatlıqlar;
3) Xəzərdəki enerji layihələrinin qorunmasında ABŞ-ın rolu
4) Qarabağ münaqişəsi və onun həlli perspektivləri;
5) Əfqanıstanda Azərbaycan hərbçilərinin qalması
6) Azərbaycanda seçki öncəsi dövrdə sabitlik problemlərinin həlli.
Mərkəzin sədri C.Sümərinli düşünür ki, Səfər Əbiyevin Silahlı Qüvvələrdə qərbin tələb etdiyi dəyişiklikləri apara bilməməsi, orduda korrupsiya və rüşvətxorluğun, generallar arasında ədavətin mövcudluğu, ölkənin hərbi-siyasi prioritetlərinin müəyyənləşməsi prosesində iştirak etməməsi və s. məsələlər Qərbdə Əbiyevə qarşı ciddi inamsızlıq yaradıb.”
Ekspertin sözlərinə görə, bu səfərin həm də seçkilərlə əlaqəli olmasına dair məlumat düşündürücüdür. Zira, Səfər Əbiytev hər bir seçkidən öncə, xüsusilə prezident seçkilərində ordunun YAP-ın namizədini dəstəkləyəcəyini bəyan edir ki, bu da Azərbaycan Konstitusiyasına zidd bəyanatdır və ölkədə siyasi sabitliyin pozulmasına işarə kimi qəbul olunur. Mümkündür ki, Əbiyevin ABŞ səfərində bununla bağlı ona irad bildirilib.