Səmədovun karserə salınımasının səbəbi
AİP lideri Dr. Möhsün Səmədovun karserə salınımasının səbəbi “düşmənlərimiz torpaqlarımızın 20%-i işğal edib, biz isə Bakıda hərbi parad keçiririk” deməsi olubmuş.
Vəkil Anar Qasımlı müvvəkili ilə görüşə müvəffəq olandan sonra bunu ictimaiyyətə açıqlayıb.
Vəkil qeyd etdi ki, bir saatdan çox gözlədikdən sonra nəhayət ona görüşə icazə veriblər. Müvəkkilinin vəziyyətinin yaxşı olduğunu bildirən Anar Qasımlı, deyib “Görüş zamanı məlum oldu ki, Möhsün Səmədovu həm mayın əvvəli, həm də ki, iyun ayının sonunda karserə salıblar. Buna səbəb isə Möhsün Səmədovun Heydər Əliyevin 90 illik yubileyi və iyun ayının 26-da Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil edilən tədbirdə tənqidi fikirlər səsləndirməsi olub. O, 26 iyunda təşkil edilən çıxış zamanı bildirib ki, düşmənlərimiz torpaqlarımızın 20%-i işğal edib, biz isə Bakıda hərbi parad keçiririk.”
Vəkil bildirib : “ Sözügedən çıxışlardan sonra Hacı Möhsün Səmədov birinci dəfə 7 sutka, ikinci dəfə 5 sutka karserlə cəzalandırılıb”.
Vəkil onu da bildirdi ki, Mövsüm Səmədov müqəddəs Ramazan ayının gəlişi münasibəti ilə bütün Azərbaycan xalqına və müsəlmanlara təbrik göndərib.