Minlərlə yəmənli paytaxt Sənada Amerikaya ölüm və İsrail ölüm şüarları verərək, ABŞ və sionist rejimin siyasətlərinə qarşı çıxıblar.
Aksiya iştirakçıları ABŞ-ın Suriyaya qarşı hərbi hücumla bağlı təhdidlərini pisləyiblər. Yəmənli aksiya iştirakçıları həmçinin, ABŞ-ın tam himayəsi altında olan İsrailin nüvə cəbbəxanasının region və dünya üçün ciddi təhlükə olduğunu vurğulayıblar.
Sənada keçirilən aksiyada iştirak edənlər əllərində Suriya və Livan Hizbullahının bayraqlarını daşıyaraq, “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndiriblər.