
Gənc Jurnalistlər Klubu İranın “Sərdar Cəngəl” neft yatağı barəsində öz araşdırma hesabatında bu neft yatağı barəsində Bakıda irəli sürülən əsassız iddiaları araşdırıb.
Gənc Jurnalistlər Klubunun məlumatında oxuyuruq: Son illərdə, xüsusilə də 2001-ci ildən sonra 50 trilyon kubmetr qaz ehtiyatı olan Xəzər dənizində Sərdar Cəngəl qaz yatağı kəşf olunduqdan sonra İranın bu sektordakı kəşfiyyatçıları Xəzər dənizinin dibində 700 metr dərinlikdə bir neft qatının olduğunu müşahidə etdilər. İlkin hesablamalara görə, bu yeni neft yatağı 2 milyard barel neftə malikdir. Bu miqdarın 500 milyondan çox bareli istifadə olunma imkanına malikdir.
Bu məlumatda əlavə olunur: Bu neft yatağının 2011-ci ildə kəşf olunmasından öncə yəni Sərdar Cəngəl qaz yatağının kəşf olunmasından 10 il sonra İranın neft rəsmiləri bu neft məntəqəsinə xüsusi və ətraflı diqqəti yönəltdilər. Nəticədə iranlı mütəxəssislərin səyi və təşəbbüsü və yerli texnologiyalardan istifadə etməklə bu neft yatağının üzərində 14500 tonluq Əmir Kəbir yarım səyyar neft platforması quruldu. Əmir Kəbir neft platforması İranın dəniz tikililərində ən ağır platformadır. Bu yarım səyyar platforma dənizin dibində 6 min metrə qədər qazıntı aparmaq bacarığına malikdir. Bu böyük proyekt hazırlandığı zaman iranlı mütəxəssislər İsveçrənin bir mühəndislik şirkəti ilə əməkdaşlıq edirdilər. Lakin ABŞ-ın təzyiqlərinin artması və neft embarqolarının genişlənməsi istiqamətində bu şirkət İranla əməkdaşlıq etməkdən çəkindi. Nəticədə yerli mütəxəssislər yerli texnologiyaya söykənərək bu böyük milli proyekti sona çatdırdılar.
Xəzər Neft Şirkətinin icraçı müdirinin sözlərinə görə, bu bölgədə kəşf olunmuş xam neft İPİ dərəcəsində 38-40-dır. Duz və kükürdün olmamasına görə dünyanın ən dəyərli və keyfiyyətli neftinə çevrilmişdir.
2012-ci ildə Əmir Kəbir səyyar platformasının neftə çatmasından sonra Azərbaycan Respublikası əsassız və qərəzli iddialar irəli sürdü və iddia etdi ki, Sərdar Cəngəl enerji yatağındakı mövcud qaz və neft İrana aid deyil!
Bu məsələlərin irəli sürülməsi ilə eyni zamanda İranın neft naziri Rüstəm Qasimi açıq-aşkar bildirdi ki, belə iddialar tamamilə yalandır və bu məntəqənin neft və qaz ehtiyatları İran İslam Respublikasının Xəzərdəki 20%-lik payının bir hissəsidir.
Bu barədə diqqəti cəlb edən məsələ budur ki, Sərdar Cəngəl neft yatağında neftin kəşf olunduğunun ilk günlərində Azərbaycan Respublikası neft rəsmiləri öz iranlı həmkarlarını bu böyük neft yatağının kəşf olunması münasibəti ilə təbrik etmişdilər!
Hüquqşünas Məhəmməd Rəsuli bildirir ki, Sərdar Cəngəl neft yatağı İranın Xəzər dənizindəki 20%-lik payı ərazisində yerləşir və buna görə bu yataqdan neft çıxarmaq İranın qanuni haqqıdır.
Siyasi təhlilçilər də Azərbaycan Respublikasının bəzi rəsmilərinin İranın Xəzərdəki Sərdar Cəngəl neft yatağı ilə əlaqədar əsassız iddialarının irəli sürülməsi barəsində bildirirlər: Azərbaycan Respublikası sionist rejimlə yaxın münasibətlər quran ölkələrdəndir. Bu ölkə siyasi münasibətlərdən əlavə, neft və qaz sektorunda da sionist rejimlə genişmiqyaslı anlaşmalara malikdir.
2005-ci ildə sionist rejim Azərbaycan Respublikasının 10-cu şərikindən 5-ci əsas ticarət şərikinə çevrildi. İsrail rejiminin neftinin altıda biri və bu rejimin bütün enerjisinin 30% Azərbaycan Respublikası tərəfindən təmin olunur. Nəticədə bu rejimin İslam Respublikası ilə düşmənçiliyinə görə sionistlər Azərbaycan Respublikası rəsmilərinə təzyiq göstərirlər ki, İrana qarşı yalan ittihamları irəli sürsünlər.
Buna görə, İran rəsmiləri bu yataqda dünyanın ən keyfiyyətli neftinin kəşf olunduğunun üstünü açdıqdan sonra, Azərbaycan Respublikası rəsmiləri bu yataqdan istifadə etmək fikrinə düşüblər.
İran İslam Respublikası ordusu dəniz qüvvələri komandanı kontr-admiral Səyyari bildirib ki, Sərdar Cəngəl neft yatağı İranın Xəzər dənizindəki 20%-lik payı ərazisində yerləşib və İran İslam Respublikası ordusu dəniz qüvvələri bu məntəqədə heç bir müdaxilə və yaxud başqa məsələyə icazə verməyəcək.
Gənc Jurnalistlər Klubu bu məlumatda əlavə edir: Bütün bu açıqlamalarla bəlli deyil ki, Azərbaycan Respublikası hansı məntiqlə Sərdar Cəngəl yatağının ona aid olması iddiasını irəli sürür?!






