Sərdar Süleymani: İran ilə düşmənçilik İslam İnqilabının təsirinə görədir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Batalyonu komandanı deyib: İran İslam Respublikası quruluşu ilə düşmənçiliyin davam etməsi İslam İnqilabının əzəmətinə və onun dünyadakı dəyişikliklərə olan təsir gücünə görədir.

Sərdar Qasım Süleymani daha sonra vurğulayıb: İslam və İslam İnqilabı düşmənləri ötən otuz beş ildə daim İran İslam Respublikası ilə qarşıdurmada öz taktikalarını dəyişməklə düşmənçiliklərini davam etdiriblər. Amma, həmişə də məğlub olublar.
Sepah-ın Qüds Batalyonunun komandanı İslam İnqilabı və İslam Respublikasının əzəmətinin daim dünyada artmaqda olduğunu vurğulayaraq, əlavə edib: Xalqın İslam İnqilabına olan eşqi, məhəbbəti və əlaqəsi tükənməzdir və hegemonçuluq dünyasının İran İslam Respublikasına qarşı düşmənçiliyinin güclənməsinə səbəb olan amil də məhz elə budur.
Sərdar Süleymani daha sonra deyib: İslam Dünyası mübarizlərini himayə etmək, təcavüzkarlar qarşısında İslam və müsəlmanları müdafiə etmək İran İslam Respublikasının iki əsas xüsusiyyətidir.

↑
Mobil sürümden çık