Beynəlxalq istila quruluşu İran İslam Respublikasını təslimə vadar etmək üçün psixoloji bir müharibədən istifadə etməyə çalışır.
Bu fikri İranın daxili işlər naziri Əbdülrıza Rəhmani Fəzli bazar ertəsi günü (18 noyabr) Ərdəbil ostanının yeni valisinin təqdimatı mərasimində etdiyi çıxışında səsləndirib. O, xalqı, İslam quruluşunun qüdrəti və güclü cəhəti sayıb və deyib: Hazırda müzakirə yolu ilə İİR-nin güclülüyünü və dözümlülüyünü, dünya ictimaiyyətinə göstərmək üçün yaxşı bir fürsət yaranıb. Ona görə də biz Qərbə zəiflik deyil ,iqtidar mövqeyindən çıxış etməmizi sübuta yetirə bilərik.
O vurğulayıb: İranda son prezident seçkilərinin əzəmətli şəkildə keçirilməsi səbəb oldu ki, bu ölkə xalqı yekdilliyin kulminasiya nöqtəsində Qərb ilə müzakirəyə daxil olsun və düşmənin planlarını alt-üst etsin.