İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan ostanının valisi deyib: İranın Pakistandakı heyəti oğurlanmış iranlı sərhədçilərin azadlığı üçün müzakirə aparmaqdadır.
Sistan və Bəluçestan valisi Əlövsət Haşimi Fars İnformasiya Agentliyi ilə müsahibədə ümidvarlıq edib ki, oğurlanmış iranlı sərhədçilərin azad olunması üçün müzakirə nəticə verəcəkdir.
“Ceyşül-Ədl” terror qruplaşması 2014-cü il fevral ayında İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan ostanında Cəkiqur məntəqəsində 5 iranlı sərhədçini oğurlayaraq Pakistana köçürüb.
