Səud-əl-Feysəlin sözləri təkrar və ziddiyyətlə doludu

İran XİN-in sözçüsü Ərəbistanın xarici işlər nazirinin İranın Suriyada müdaxiləsi və iştirakına dair sözlərini təkzib edib.

Seyid Abbas İraqçı deyib: Ərəbistanın xarici işlər nazirinin sözləri elə bir halda irəli sürülür ki, bu ölkə bütün beynəlxalq qanun və konvensiyaları pozub, Bəhreyndə aşkarcasına müdaxilə etməkdən əlavə, Suriyadakı terrorçuları da yüngül və ağır silahlarla təmin edir və Suriyanın müdafiəsiz xalqına qarşı kafir terrorçuların cinayət şərikinə çevrilibdir.

↑
Mobil sürümden çık