İraq təhlükəsizlik qaynaqlarına görə, Səudiyyə Ərəbistanının İraqla ortaq sərhədlərindən minlərlə terrorist İraq torpaqlarına girdi.
İraq es’Sumeriyye televiziyasının bildirdiyinə görə, İraqın Zigar əyaləti təhlükəsizlik komitəsi başçısı Cabbar el’Musevi, İraq təhlükəsizlik qüvvələrinin verdiyi məlumatlara görə, Ərəbistanı sərhədlərindən ən az 3 min adamın inkişaf etmiş silah və teçhizatla Semave və Nasıriye səhralarında İraq içlərinə girdiklərini söylədi.
İraqlı səlahiyyətli, İraq təhlükəsizlik təşkilatlarının haqqında danışılan terrorçularla əlaqədar və eyni zamanda sərhədlərdən terroristlərin girişini maneə törətmək üçün lazımlı tədbirləri aldıqlarını bildirərkən, İraq ordusu təyyarələrinin sərhədlərdə keçid yerlərini təsbit üçün patrul uçuşu etdiklərini bildirdi.
İraq təhlükəsizlik qaynaqları, daha əvvəl də Ərəbistanından İraq torpaqlarına 150 Ərəbistanı kəşfiyyat zabitinin girdiyini və bunların Musuldakı qarışıqlıqlardan rollarının olduğunu bildirmişdi.