S-300 Suriyaya çatır

Bir Rusiya mənbəyi S-300 raket bazasının Suriyaya göndərilməsindən xəbər verib.

Sionist rejimin baş naziri Rusiyanı Suriyaya S-300 raket bazasını verməməsi üçün çərşənbə axşamı Moskvaya səfər edəcəyi bir şəraitdə, məlumatlı bir mənbə Rusiyada çıxan Kommersant qəzetinə deyib ki, Rusiya prezidenti S-300 raket bazasının Suriyaya verilməsinə təkid edib.

Bu qəzetin yazdığına görə, Rusiya prezidenti Rusiyanın Soçi şəhərində İngiltərənin baş naziri ilə son görüşündə Devid Kamerona deyib ki, Rusiya Suriyaya mütləq S-300 raket bazası verəcək.
Öncə bəzi medialar bildirmişlər ki, sionist rejimin Dəməşq ətrafında bir tədqiqat mərkəzinə hava hücumunun ardınca Rusiya prezidenti sionist rejimin baş naziri ilə telefon söhbətlərində ona bu hərəkətinə görə xəbərdarlıq edib.

Exit mobile version