AzərbaycanXƏBƏRLƏR

Saakaşvili: Milyarderlər Azərbaycanda hakimiyyəti dəyişməyə hazırlaşır

Gürcüstan və Azərbaycan Rusiyadan gələn real qeyri-sabitlik təhdidi qarşısındadır. “Qruziya-Onlayn”nın xəbərinə görə, Azərbaycana səfərdən qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflis aeroportunda jurnalistlərə müsahibəsində bu barədə bildirib.
“Bizdə əlavə muxtariyyətlər tələbi ilə ölkəni parçalamaq, Azərbaycanda isə Gürcüstan ssenarisi ilə hakimiyyəti dəyişməyi hazırlayırlar. Rusiyada Gürcüstanın Qardaban rayonundan bir nəfər Sadıqov (Söyün Sadıqov – red.) tapılıb ki, milyarderdir və Gürcüstanda yaşayan azərbaycanlılar üçün əlavə muxtariyyətə nail olacağını vəd edib. Eyni məsələni Gürcüstan hökuməti tərəfindən əfv edilmiş erməni fəalı Vaaqn Çaxalyan da ermənilər üçün vəd edir. Sadıqov eyni zamanda Vahid Ələkbərov və digər milyarderlərlə birlikdə Gürcüstanda baş verənləri Azərbaycanda təkrarlamağa, böyük pullarla hakimiyyəti dəyişməyə hazırlaşır”, – deyə Saakaşvili bildirib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı