İranın Medikal Şurasının sədri bildirib ki, ölkə sağlamlıq sahəsində dünyanın keyfiyyətli və səlahiyyətli elmi və tibbi ocaqlarına çevrilmişdir.
İran Medikal Şurasının sədri Əlirza Zali ötən gün İslam İnqilabı keşikçiləri Korpusunun (Sepah) Tehranda keçirilməkdə olan tibbi elmlər üzrə 5-ci elmi tədqiqatlar festivalında deyib: Hər il 450 min xəstə müalicə üçün İrana səfər edir və İran sağlamlıq turizmi üzrə bir milyon 500 min turisti cəzb etmək potensialına malikdır.
Əlirza Zali açıqlayıb ki, İslam İnqilabından öncəki illərdə, tibbi xidmətlər İrana idxal edilirdi lakin hazırda müalicə üçün ölkədən xaricə gedən xəstələrin sayı xeyli aşağıdır.
İranın Medikal Şurasının sədri açıqlayıb İran bir neçə il öncə dünyada 45-ci elmi rütbəni əldə etməklə fəxrlənirdi lakin hazırda ölkə önəmli elmi və tibbi mərkəzinə çevrilib və bu naliyyət özünəinamdan mənşə alıb.
İranın Medikal Şurasının sədri fondamental hüceyrələr sahəsində regionda birinci, dünyada isə 5-ci yerdə, nanotexnologiyada isə regionda birinci yerdə duaran İran bu sahələrdə özünə məxsus üslublara da malikdir.

