Səudiyyə şahzadəsi Əl-Vəlid Bin Təllal yüksək işsizlik miqdarı və yoxsulluğun iki növ saat bombası kimi Ərəbistan krallığını hədələməsi haqda xəbərdarlıq edib.
Bu səudiyyə şahzadəsi Twitterdəki mesajında, başqa 3 saat bombasının Ərəbistanda əhalinin artması, yanacaqdan qeyri-düzgün istifadənin edilməsi və müxtəlif gəlir mənbələrinin olmaması olduğunu bildirib.
Statistik məlumatlara əsasən Ərəbistan xalqının 60%-dən çoxu yoxsulluq səviyyəsindən aşağıda yaşayır.
Bin Təllal bir çox hotel, zavod və telekanallara malikdir və dünyanın ən varlı şəxslərindən biri kimi tanınır.
O, həmçinin bu krallığın Opel, Citi Group və General Motors şirkətlərindəki payının 95%-nin sahibidir.