DünyaİranXƏBƏRLƏR

Salehi: AEBA müfəttişləri hərbi və raket sənayesinə baxış keçirmək icazəsinə malik deyillər

İran prezidentinin müavini və Atom Enerjisi Təşkilatının sədri bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin hərbi və raket sənayesinə baxış keçirmək haqqı yoxdur, üstəlik bu barədə onların üzərində vəzifədə yoxdur.
İranın Atom Enerjisi Təşkilatının ictimai əlaqələr şöbəsi bu gün şənbə günü “AEBA müfəttişləri İranın raket sənayesinə baxış keçirirlər” başlıqlı yayımlanan bəzi xəbərlərə cavab olaraq təşkilatın sədri Əli Əkbər Salehiyə istinadla bildirib: MAQATE müfəttişlərinin belə bir vəzifəsi və haqqı yoxdur. Dünyada belə obyektlərə baxış keçirmək üçün qurum və bu barədə saziş də yoxdur.
İran Atom Enerjisi Təşkilatının ictimai əlaqələr şöbəsinin məlumatında İranın nüvə proqramının yayınmasına dair bəzi qərb ölkələrinin ittihamları rədd olunaraq bildirilib: AEBA-nın müxtəlif araşdırmaları və genişmiqyaslı əməkdaşlıqları nəzərə alaraq bu ittihamlar əsassızdır.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı